Energetika naziri İtaliya senatının sədr müavinini qəbul edib

Cəmiyyət 16:50 02.11.2017
Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İki ölkə arasında tarixən sıx əlaqələrin olduğunu vurğulayan energetika naziri enerji əməkdaşlığını və həyata keçirilən qlobal enerji layihələrini Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən mühüm faktorlar kimi xarakterizə edib. Bildirilib ki, uzun illərdir, Azərbaycan İtaliyanın əsas neft təchizatçılarından biridir. İtaliya şirkətləri ölkəmizdə həyata keçirilən enerji layihələrində uğurla təmsil olunur. Pərviz Şahbazov enerji mənbələri və marşrutlarının diversifikasiyasının ölkəmizin enerji siyasətinin prioriteti olduğunu qeyd edərək deyib ki, qlobal enerji təhlükəsizliyi layihəsi olan “Cənub Qaz Dəhlizi”i bu siyasətin həyata keçirilməsini təmin etməklə yanaşı, bu layihədə iştirak edən bütün ölkələrin iqtisadi inkişafında, etibarlı enerji təchizatında mühüm rol oynayacaq. “Cənub Qaz Dəhlizi”nin mühüm seqmentlərindən biri kimi Trans-Adriatik Boru Kəmərinin (TAP) İtaliya ərazisindən keçməsi isə bu ölkəni Azərbaycan üçün vacib tərəfdaşa çevirir. 
 
İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəsinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan İtaliyanın enerji sahəsində strateji tərəfdaşıdır və bu münasibətlər TAP-ın reallaşması ilə daha da möhkəmlənəcək. O, İtaliyanın mərkəzi hökuməti tərəfindən layihəyə lazımi dəstək verildiyini qeyd edib. TAP-ın 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacağına inamını ifadə edib. 
 
Görüşdə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə görülən işlərin son vəziyyəti, layihənin ətraf mühitə təsiri və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb. Layihə üzrə işlərin 60 faizinin tamamlandığı bildirilib. Qeyd edilib ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi perspektivlərinin İtaliyanın mövqeyini gücləndirməsi, eləcə də Əlcəzairlə 35 milyard kubmetrlik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddətinin 2020-ci ildə bitməsi ilə TAP-ın əhəmiyyəti daha da artacaq. Bütün bu amillərin layihənin strateji dəyərini artırmaqla bərabər, işlərin qrafikə uyğun aparılmasını da zəruri etdiyi bildirilib. 
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı