Kanadada yaşayan sumqayıtlı alim, yazıçı...

Cəmiyyət 10:55 17.05.2019

Zəhmətkeş xanımdır. Yaşadığı binanın yaxınlığındakı balaca bir torpaq sahəsində özünə bostan salıb. Orada müxtəlif gül-çiçək, tərəvəzlər yetişdirir. Təbiətlə təmasda olmağı çox xoşlayır. Təkliyi sevmir, insanlarla ünsiyyətdən mənəvi zövq alır. Mütaliə etməyi vacib sayır. Hazırda Homerin İlliada əsərini oxuyur. Söylədiyinə görə pianoda musiqi ifa edərkən bütün yorğunluğunu unudur. Avropa, Amerika elmi jurnallarında onlarla məqaləsi işıq üzü görüb. Müxtəlif konfranslarda elmi çıxışlar edib…

Deyir ki,- "Azərbaycan qadınını güclü görmək istəyirəm. Arzulayıram ki, vətənində heç bir sıxıntı olmadan övladlarını rahat böyüdə bilsin"…

Haqqında söhbət açdığım bu azərbaycanlı xanım Sumqayıt şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 35 nömrəli məktəbdə alıb. Eyni zamanda 2 saylı musiqi məktəbində beş il qarmon dərslərinə gedib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində ali təhsilə yiyələnib. 1997-2002-ci illərdə Bakıda, İstanbulda müxtəlif işlərdə çalışıb. 2002-ci ildən Kanadanın Toronto şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Əkbər Məcidov Mərmərə Universitetinin ilahiyyat fakultəsini bitirib. Dörd övladı vardır. Üç oğlan, bir qız. Hamısı Torontoda orta məktəbdə oxuyurlar…

Kanadaya gələndən sonra üç il tərcüməçi işləyib. 2005-2006-cı illərdə Karlton Universitetində Avropa və Rusiya araşdırmaları üzrə magistraturada təhsilini davam etdirib. 2006-2012-ci illərdə Toronto bələdiyyəsində ahıllar evlərinə xidmət göstərən sosial qayğı departamentində kordinator işləyib. 2012-2016-cı illərdə Ruhi-əsəb xəstəxanasında mənəvi danışman vəzifəsində çalışıb. Eyni zamanda 2011-2016-cı illərdə Toronto Universitetində psixoterapiya üzrə doktorantura pilləsində elmi araşdırmalarla məşğul olub. Sonda psixoterapiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Həmçinin 2011-ci ildən Toronto Universitetində mental xəstəliklərin potologiyası və islam psixoteropiyası fənnlərini tədris edir. 2014-cü ildən özəl psixoloji məsləhətxana açaraq insanlara xidmət göstərir…

Deyir ki,- "Əl tutmaq, yardım etmək, bağışlamağı bacarmaq insanlığa xas olan ən vacib mənəvi dəyərlərdən biridir. Bu məqsədlə 2005-ci ildə bir neçə azərbaycanlı qadınla birləşərək "Azərbaycan Qadınlarına Dəstək Mərkəzi"ni yaratdıq. Müxtəlif tədbirlərlə yanaşı Torontoda məskunlaşan xanımlarımıza maddi və daha çox mənəvi yardımlar edirik"…

O, həm də yazıçıdır. İndiyədək ingilis dilində iki kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. "Şiddətə məruz qalmış müsəlman qadınlarına psixoterapiya" kitabı elmi tədqiqatlar əsasında yazılıbsa, "Məhəbbətin şərbəti" isə bədii yaradıcılığının məhsuludur…

Sadə, təvazökar, necə deyərlər, ipək qəlbli bu xanımın arzuları çoxdur. Onların böyük əksəriyyəti insanlığa xidmət, ehtiyacı olanlara maddi və mənəvi yardım etməkdən ibarətdir. Bəli, sizinlə Kanadanın Toronto şəhərində yaşayan, fəaliyyəti ilə xalqımıza başucalığı gətirən Nazilə xanım İsgəndərova barəsində söhbət edirdim…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı