Rusiyada saxlanılmış jurnalist Fuad Abbasov Azərbaycana deportasiya edilib.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumat Abbasovun facebook səhifəsində paylaşılıb:
“Bu gün jurnalist Fuad Abbasov azadlığa çıxıb və Rusiyanı tərk edərək Moskva saatı ilə 19:40-da Bakıya yola düşüb”, deyə paylaşımda qeyd olunur.