Şəki Xan Sarayında bir neçə ay əvvəl də eyni hadisə yaşanıb - VİDEO | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


Şəki Xan Sarayında bir neçə ay əvvəl də eyni hadisə yaşanıb - VİDEO

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, dünən Şəki Xan Sarayının həyətindəki böyük çinar ağacının budağı  qırılaraq turistlərin üzərinə aşıb. Hadisə nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi hospitalizasiya olunub. 17 nəfərə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. 2 yaralıya görə paytaxtdan yüksək ixtisaslı mütəxəssilər çağırılıb.
 
Unikal.org-un əldə etdiyi məlumata görə, bu Şəki Xan Sarayında ilk hadisə deyil. Belə ki, iki ay öncə də çinar ağacının budağı qırılmışdı. Xoşbəxtlikdən həmin vaxt ərazidə olan turistlərdən xəsarət alan olmamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...