İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb.
FHN-dən verilən açıqlamaya görə, yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.
Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
***
09.03
İyulun 16-da səhər saatlarında Sabirabadın mərkəzi bazarında yanğın baş verib.
Eurasia Diary xəbər verir ki, yanğın “Əmin market” ticarət obyektindən başlayıb və alovun əhatə dairəsi daha da genişlənib.
"Azərtac"ın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 15-ə yaxın texnikası və canlı qüvvəsi, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.