Polisdən Pənah Hüseyn və Tural Abbaslıya - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Polisdən Pənah Hüseyn və Tural Abbaslıya - XƏBƏRDARLIQ

Cəmiyyət A- A A+

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.  

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq. 

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...