Prezident İlham ƏIiyev Goranboy Rayon İcra hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyevi «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Goranboy RİH-in saytında məlumat verilib.
Saytda qeyd olunub ki, Prezidentinin müvafiq sərəncamı ilə 96 saylı Goranboy-Naftalan Dairə Seçki Komissiyasının sədri Arif Abbasov, Rayon üzrə Maliyyə idarəsinin rəisi İltifat Sadıqov və Rayon Subartezian Quyularının Istismarı idarəsinin rəisi Rauf Teyyubov da «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif ediliblər.