Bakı Avtovağzalından bu rayonlara sərnişin axını olub - SİYAHI | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Bakı Avtovağzalından bu rayonlara sərnişin axını olub - SİYAHI

Cəmiyyət A- A A+

Qurban bayramı ilə əlaqədar olaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) avqustun 7-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışır. 

BBAK-ın mətbuat xidmətindən Eurasia Diary Modern.az-a istinadan xəbər verir ki, avqustun 8-də şəhərlərarası və beynəlxalq istiqamətlərə ümumilikdə 10 285 sərnişin daşınıb. Ən çox sərnişin axını 10 və 11 avqust tarixlərində olub.

Avqustun 10-da 15 300, 11-də isə 13 400 sərnişin öz səfərini təmin edib. Şəhərlərarası reyslərdə sərnişin sıxlığı daha çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərinə, beynəlxalq reyslərdə isə ən çox sərnişin axını İstanbul, Batumi, Naxçıvan və Moskva şəhərlərinə olub.

Bu günə qədər ümumilikdə 62 000-dən çox sərnişin BBAK-dan yola salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...