Azərbaycan Avropa Birliyi Nümayəndəliyi tərəfindən təşkil olunan “Qız Qalası. Qadın Olmaq” adlı Müasir İncəsənət Festivalına ev sahibliyi edəcək

Cəmiyyət 17:48 16.09.2019

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda "Qız Qalası. Qadın olmaq” adlı beynəlxalq müasir incəsənət festivalı təşkil edir. Eurasia Diary-nin verdiyi məlumata görə, festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir, ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, ictimai incəsənət tədbirləri, vizual poeziya gecəsi, müzakirə forumları, tematik film nümayişləri, vorkşoplar daxildir.

XX əsrin əvvəllərində, mühim tarixi və siyasi hadisələrin baş verdiyi zəmində Azərbaycanda ilk qadın hərəkatı başlamışdır və Azərbaycan Demokratik Respublikasının qurulması ilə bu dövlət 1918-ci ildə qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olmuşdur. 

“Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Forumuna ilk dəfə 2009-cu ildə Bakıda Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra isə, yəni 2010-cu ildə “Qadın Olmaq” adlı eyni mövzu “İstanbul-Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunmuşdur. “QIZ QALASI. Qadın Olmaq” layihəsinə kuratorluq edən S.Şıxlinskaya 10 ildən sonra yenidən gender bərabərliyi ilə əlaqədar hələ də gündəmdə qalan sualları bu layihə vasitəsilə vurğulayır.     

Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirrlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə - “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir.  Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həlli yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır.

Tarixçilər və tədqiqatşılar şəhərin əsas qalası olan “Qız Qalasını”nın adının onun alınmaz olduğuna görə bakirə, yəni Qız Qalası mənasını daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməmişdir. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi və digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz etmişdir.

Layihədə gender bərabərliyi, feminizm və qeyri-maddi mədəni irs prizmasında nəzərə alınan işlər əsasən Bakı və rayonlarda incəsənət adamlarının, kuratorların, mədəniyyət fəallarının və yerli icmaların iştirakı ilə birgə olaraq aparılmağa çalışılır. Layihənin həyata keçirilməsi və iş prosesləri çərçivəsində məqsəd yerli kontekstdə metodologiyanın müəyyənləşdirilməsi, cəmiyyətdə və müasir həyatda mövcud problemlərin daha yaxşı başa düşülməsi modellərini ortaya çıxartmağa kömək edəcək həlli yollarının tapılmasından ibarətdir. Bu layihədə Forum iştirakçılarının ümumi vəziyyətətin yaxşılaşdırılmasına yeni bir dəstək verməsi ilə sistemə, onun problemlərinə, gender və sosial qeyri-bərabərsizliyə reaksiya verməsi gözlənilir. Layihənin çox yaxşı şəkildə təşkil olunmuş intellektual, sosial və yaradıcılıq mübadiləsi fikri ətrafında cərəyan etməsi nəzərdə tutulur. İncəsənət işlərinin nümayişi, konfrans, müzakirə forumları, ictimai incəsənət tədbirləri və müxtəlif hadisələr beynəlxalq iştirakçılar və yerli sakinlər arasında müvəqqəti icma yaradacaq və yeni uzun-müddətli əlaqələrin təməlini qoymuş olacaq.

Festival Bakıdakı diplomatik missiyalar və Azərbaycan Rəssamlar İttifaqı, MİM Bakı, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, M.İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Gəncə bələdiyyəsi və bu kimi digər aparıcı hökumət müəssisələri və təşkilatları  ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur və həyata keçirilir.

Festivalın qonaqları və iştirakçıları Avropa Birliyinə üzv ölkələrdən Almaniya, Niderland, İsveç, Macarıstan, Latviyadan, habelə Şərq Əməkdaşlığı ölkələrindən Gürcüstan, Moldova, Uktaynadan və üçüncü ölkələrdən Türkiyə, İsrail, İran və İsveçrədən olan film direktorları, muzey mütəxəssisləri, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.  

Bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa Birliyi nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa Birliyinin sponsorluğu ilə növbəti "FANTAZİYA" festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı