Azərbaycanda OnlinePress xəbər saytı fəaliyyətə başladı | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Azərbaycanda OnlinePress xəbər saytı fəaliyyətə başladı

Cəmiyyət A- A A+

OnlinePress xəbər saytının yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaq, ölkə həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Eurasia Diary-nin məlumatına görə, Əsas iş prinsipi operativlik və tərəfsizlik olan Onlinepress.az Azərbaycan və yaxın vaxtlarda Rus dillərində xəbərlər yayımlayacaq. Onlinepress.az-da Ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

 Saytın internet ünvanı belədir: www.onlinepress.az

Qeyd edək ki, saytın rəhbəri Toğrul Allahverdilidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...