Festivalın birinci günü öz işini "Müasir dünya ədəbiyyatının qlobal trendləri – gələcək dünya obrazının və gələcəyin adamlarının obrazlarının proqramlaşdırılması və modelləşdirilməsi” (moderator-Riçard Berenqarten (Böyük Britaniya)), "Müasir poeziya ədəbiyyatın avanqardında gələcək adamının və sosiumun obrazlarını proqramlaşdırır” (moderator – Toğrul Tanyol (Türkiyə)), "Müasir qlobal dünyada ədəbi tərcümənin insanların qarşılıqlı anlaşmasında və gələcək dünyanın formalaşmasında artan əhəmiyyəti” (moderator – Sergey Dmitriyenko (Rusiya)) mövzularında plenar iclaslarla davam edib.
Eurasia Diary xəbər verir ki, tədbirin davamında festivalın prezidenti Marqarita Al müsabiqəyə Azərbaycan tərəfindən qatılan minə yaxın müəllif arasından seçilən 30 laureatı təqdim edib.
Yazıçı Varis Yolçuyev sertifikatları müəlliflərə təqdim edib. Laureatlar arasında Azərbaycan ədəbi məkanında tanınan imzalar da var. Bunlar Əjdər Ol, Azər Qismət, Əyyub Qiyas, Günel Eyvazlı, Nargis, Fərid Hüseyn, Xəyal Rza, İntiqam Yaşar, İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Aləm Kəngərli, Ülviyyə Heydərova, Yaşar Əhmədov, Mübariz Örən, Ümid Nəccari, Sahib Məmmədov və başqalarıdır.