İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi

Cəmiyyət A- A A+

“Aprel şəhidləri  - gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib”.

Eurasia Diary xəbər verir ki, bu barədə Modern.az-a Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə məlumat verib.

S.Alıyeva bildirib ki, şəhid ailələrinin mənzil problemi var idi:

“Ailələr üçün təqdimatı mən vermişdim. Hər iki şəhid ailəsi Mingəçevirdə yaşadığı üçün onlara yaxın olduğundan Gəncə şəhərində mənzil verilib. Rəsmiləşdirmə bu gün olub. Gizir Rahim Tağıyevin ailəsi 4 otaqlı, Rüstəm Əhmədovun ailəsi ilə 2 otaqlı mənzillə təmin olunub".

Xatırladaq ki, Aprel şəhidi Rahim Tağıyevin 3 övladı, Rüstəm Əhmədovun isə 2 övladı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...