"Hökumət yaxın zamanlarda məktəblilərin nəqliyyatdan pulsuz istifadəsi üçün addım atacaq" | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


"Hökumət yaxın zamanlarda məktəblilərin nəqliyyatdan pulsuz istifadəsi üçün addım atacaq"

Cəmiyyət A- A A+

"Əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi. Çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi".

Eurasia Diary xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir.

"Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir. Məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir. Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin ertmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq", -deyə F. Mustafa bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...