Azərbaycanda 7 yaşlı qıza qarşı vəhşilik - SƏBƏB | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Azərbaycanda 7 yaşlı qıza qarşı vəhşilik - SƏBƏB

Cəmiyyət A- A A+

Lənkəran rayonu Viyən kəndində azyaşlı qız qonşu kişi tərəfindən vəhşicəsinə döyülüb.

Eurasia Diary xəbər verir ki, kənd sakinlərinin verdiyi məlumata görə, 7 yaşlı Zəhranı döyən (ad şərtidir) kənd sakini Əliyev Sadiqdir. 

Hadisə belə baş verib; avtobus sürücüsü işləyən S.Əliyev evdə yatan zaman həyətdə oynayan uşaqların səsinə oyanıb və əsəbi halda bayıra cumub. İlk olaraq əlinə keçən Zəhra olub. O, qızcığaza vəhşicəsinə zərbələr endirib.

Azyaşlı başından, üzündən, gözündən və bədənindən çoxsaylı xəsarətlər alıb. Zərbələrin gücündən Zəhranın qulağındakı sırğa belə qırılıb.

Uşağın atası Abdullayev Nail qızının döyülməsilə bağlı Lənkəran rayon Polis İdarəsinə şikayət edib. Növbətçi hissədən baku.ws-ə verilən məlumata görə, hadisə təhqiqatçı tərəfindən araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...