Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Eurasia Diary-nin verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var.
Yaralılar xəstəxanaya yerləşdirilib.(report)