Nazirlik BDU-nun yataqxanasında vəziyyəti pisləşən iki qız tələbənin durumu barədə məlumat yaydı | Eurasia Diary - ednews.net

15 Dekabr,


Nazirlik BDU-nun yataqxanasında vəziyyəti pisləşən iki qız tələbənin durumu barədə məlumat yaydı

Cəmiyyət A- A A+

Səhiyyə Nazirliyi Bakı Dövlət Universitetinin yataqxanasında vəziyyəti pisləşən iki tələbənin durumu barədə məlumat yayıb.

Nazirlikdən Eurasia Diary-ə bildirilib ki, bu barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub.

"Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı KTM-ə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir", - nazirlikdən bildirilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...