Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə - GÖTÜRDÜ | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə - GÖTÜRDÜ

Cəmiyyət A- A A+
İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Modern.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. 
 
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.
 
Müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...