Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın söndürülüb.
Bu barədə Eurasia Diary FHN-ə istinadən xəbər verir.
***
Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə yanğın məhdudlaşdırılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
Bakıda daha bir bazarda yanğın baş verib.
Eurasia Diary xəbər verir ki, hadisə 3-cü mikrorayon bazarı adlanan ərazidə qeydə alınıb.
Yanğın bazarda ərzaq mağazalarının birində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) saytımıza verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.