ƏƏSMN əhaliyə xidmət sahələrində korrupsiyaya qarşı köklü mübarizə aparmaqla şəffaflığı təmin etməkdədir | Eurasia Diary - ednews.net

23 Fevral,


ƏƏSMN əhaliyə xidmət sahələrində korrupsiyaya qarşı köklü mübarizə aparmaqla şəffaflığı təmin etməkdədir

Cəmiyyət A- A A+
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən illə bağlı açıqladığı hesabata əsasən, Baş İdarəyə 2019-cu ildə ən çox material (il ərzində 32 material) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olub.
 
Eurasia Diary ƏƏSMN-nin mətbuat xidmətinin rəsmi facebook səhifəsində verdiyi məlumata istinadən xəbər verir ki, bu göstərici Nazirliyin öz fəaliyyət və əhaliyə xidmət sahələrində korrupsiya elementlərinin aşkar edilərək tam aradan qaldırılmasına, şəffaflığın təminatına doğru çevik və məqsədəuyğun tədbirlərinin, apardığı köklü islahatların bir göstəricisidir.
 
Bu kimi tədbirlər qanun pozuntularının aradan qaldırılmasına, qanunazidd əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilmələri ilə bərabər, gələcəkdə qanun pozuntularına yol verilməsinin qarşısının alınmasında da xüsusi önəm kəsb edir.
 
2019-cu ildə olduğu kimi, 2020-ci ildə də bu tədbirlər davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...