Rauf Zeyninin (Azərbaycan Milli QHT Forumun sədri) imzası ilə onlarla Nazirliklərə və icra hakimiyyəti qurumlarına ictimai şuraların yaradılması ilə bağlı onlarla məktub ünvanlanıb, lakin cavab belə verilməyib, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın sədri Umud Mirzəyev AzTV-nin “Əsas Məsələ” proqramındakı çıxışında bildirib.
O, vətəndaş cəmiyyətlərinin mahiyyətində ictimai iştirakçılıq və təşəbbüskarlığın olduğunu qeyd edib.
Umud Mirzəyev dövlət qurumlarında çalışan məmurların vətəndaş cəmiyyəti qurumlarının ictimai iştirakında hansı ehtiyac olduğunun fərqinə varmalı olduğunu söyləyib..
"Azərbaycanda fəaliyyət göstərən ictimai şuralar texniki resursların çatışmazlığına görə hətta iclasları keçirmək imkanına malik deyil və lakin qanuna görə icra strukturları bunu təmin etməlidir", Umud Mirzəyev çıxışında deyib.
O, həmçinin vətəndaş iştirakçılığının fəallaşmasına ümid etdiyini qeyd edib.
Umud Mirzəyev, eyni zamanda bu məsələnin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.