Bakıda baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Eurasia Diary-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.
Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən söndürülüb.