Tibbi maskanın qiyməti ilə bağlı - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

1 İyun, Bazar ertəsi


Tibbi maskanın qiyməti ilə bağlı - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Tibbi maskanın qiymətinin bundan sonra qalxmasından söhbət gedə bilməz.

EDNews.net xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın konfransında deyib.

"Əlbəttə, bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir. Tələb artdıqca, qiymət də qalxır. Ancaq dövlət qiymətlərə nəzarət edir. Maskaların qiyməti optimal həddə qalacaq. Bunun ən yaxşı yolu istehsalı artırmaqdır. Hazırda maska istehsalı müəssisəsinin günlük idxalı 200 mindir. Bu gün apteklərə 450 min maska paylanılır".

İ.Məmmədov qeyd edib ki, ehtiyac olacağı təqdirdə tibbi maska istehsalı artırılacaq:

"Hazırda 5 milyon maska üçün xammal hazırdır".

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...