İçərişəhər və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib - FOTOLAR | Eurasia Diary - ednews.net

13 İyul, Bazar ertəsi


İçərişəhər və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib - FOTOLAR

Cəmiyyət A- A A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelekom") paytaxt sakinlərinin genişzolaqlı xidmətlərlə təminatı üçün “Evədək optika” layihəsinin icrasını sürətləndirib. 

EDNews.net  xəbər verir ki, bu barədə  Nazirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, artıq “Baktelekom”un “AzEuroTel” telekommunikasiya operatoru “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədərini optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edib. Yaxın zamanda qoruğun bütün ərazisinin genişzolaqlı xidmətlərlə tam təchiz olunması nəzərdə tutulur.

Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir.

Hazırda görülən işlərin nəticəsi olaraq “AzEuroTel" 5 mindən artıq mənzil optik şəbəkəyə keçirib.

100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti “Baktelecom”un abunəçilərinə ödənişsiz təqdim etdiyi modemlər üzərindən göstərilir.

Məlumat üçün bildirək ki, “Baktelekom” “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir. 

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...