Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq | Eurasia Diary - ednews.net

5 İyun, Cümə


Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

Cəmiyyət A- A A+

AMEA Dilçilik İnstitutu Azərbaycan dilində sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğəti hazırlamağı planlaşdırır.

EDNews.net-ə  bunu Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

İnstitut direktoru əlavə edib ki, lüğətin bu ilin sonunadək hazırlanması nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə bu iş ləngiyə bilər:

"Buna görə də lüğətin nə zaman hazır olacağını konkret söyləyə bilmərəm. Amma lüğətin hazırlanması üçün işçi qrup yaradılıb və müəyyən planlar tərtib edilib".

M.Nağısoylu deyib ki, "Müasir Azərbaycan dili" kitabının birinci cildinin də nəşr edilməsi nəzərdə tutulub. Kitab Azərbaycanın dilinin "Fonetika" bölməsinə həsr ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...