İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Lakin bu, özəl qurumlara şamil edilmir.
EDNews.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Özəl qurumlara tövsiyə edirik ki, sabah iş saatının 14:00-da bitməsi məsələsinə baxsınlar”, - deyə R.Bayramlı qeyd edib.
***
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün iş saatı qısaldılıb.
Dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.