Rayon qeydiyyatında olanlar da SMS icazə ilə karantin postlarından keçə bilməzlər.
EDNews.net Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Kamran Əliyev bildirib ki, bəzən icazə portalı vasitəsilə ölkədaxili hərəkətinə icazə verilmiş şəxslər öz ailə üzvlərini rayonlara aparmaq istəyirlər. Qaydaya görə icazə yalnız həmiş şəxsə aiddir və digərləri postlardan buraxılmayacaq. Şöbə rəisi həmçinin, rayondan gələn taksilərin postlardan buraxılmamasına da münasibət bildirib.
O qeyd edib ki, həmin şəxslərin Bakıda taksi fəaliyyəti ilə məşğul olmalarına icazə yoxdur. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərqlənmə nişanı olmalıdır. Onlar da şəhər daxilində hərəkət edə bilirlər. Rayonlarda fəaliyyətinə icazə verilən taksilər isə yalnız 2 halda Bakıya sərnişin gətirə bilər.
Digər hallarda isə həm həmin taksilərin gətirdiyi sərnişinlər, həm də onların özləri postlardan buraxılmayacaq.