QHT Şurası və Real TV yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayır

Cəmiyyət 10:30 02.07.2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiya ilə mübarizədə cəmiyyətin tam səfərbər olunması, vətəndaşların sosial məsuliyyətinin artırılması və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqları, etdiyi təklif və tövsiyələri əsas götürərək, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir sıra vacib qərar qəbul edib.
 
Birincisi, Şuranın cari ilin iyun ayının 25-nə kimi QHT-lərlə elektron qaydada imzaladığı SƏLİS qrant müqaviləsi üzrə 290 QHT-nin layihə mövzuları qarşılıqlı razılıq əsasında dəyişdirilmiş və bu layihələr COVİD-19 ilə mübarizə tədbirlərinə, o cümlədən pandemiyanın yaratdığı problemlərin və çağırışların aradan qaldırılması məsələlərinə yönləndirilmişdir.
 
İkincisi, pandemiyaya qarşı mübarizənin effektivliyini artırmaq və vətəndaşların karantin rejimi qaydalarına tam əməl etmələrinə dəstək vermək üçün Şura və Real TV cari ilin mart və may aylarında həyata keçirdiyi “evdə qal, cəmiyyəti qoru” ictimai nəzarət və maarifləndrimə kampaniyasının davamı olaraq 1 iyul 2020-ci ildən etibarən "qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlamaq haqqında qərar qəbul edilmişdir.
 
“Qaydalara əməl et, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası üç istiqaməti əhatə edəcək:
1) İctimai məlumatlandırma;
2) İctimai nəzarət;
3) İctimai qınaq.
İctimai kampaniya ilk növbədə Operativ Qərargahın ciddi karantin rejimi tətbiq etdiyi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək.
 
İctimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində ictimai yerlərdə, xüsusilə ictimai nəqliyyatda (metro və avtobuslarda), marketlərdə, apteklərdə, o cümlədən yas mərasimlərində epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimlərinin tələblərinə, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına vətəndaşların, həmçinin, fiziki və hüququ şəxslərin əməletmə vəziyyəti yoxlanılacaq.
İctimai monitorinqin effektivliyini artırmaq və karantin rejimi qaydalarının pozulması haqqında məlumatları operativ şəkildə əldə etmək və müvafiq tədbir görmək məqsədilə aşağıda adları qeyd olunan QHT-lərin nəzdində “qaynar xətt” xidməti yaradılır.
 
Məsuliyyətli vətəndaşlardan xahiş olunur ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozan şəxslər haqqında ərazi üzrə qeyd olunan QHT-lərə dərhal məlumat versinlər.
 
Bununla yanaşı vətəndaşları bu cür halları özündə əks etdirən video və foto görüntüləri çəkib Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovun votsap nömrəsinə (050 388 12 89) göndərməyə çağırırıq. Daxil olunan məlumatlar əsasında Real TV-nin əməkdaşları və QHT-lər həmin ərazidə olacaq və yol verilən qanun pozuntusunu qeydə alacaqlar.
Kampaniya çərçivəsində QHT-lər Real Tv ilə birlikdə vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini çatdıracaq, onlara xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyini izah edəcək, eyni zamanda vətəndaşların fikir və təkliflərini öyrənəcəklər. Monitorinqin nəticələri Real TV, media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə, həmçinin Operativ Qərargaha təqdim olunacaq.
 
Bütün QHT-ləri və vətəndaşları dövlətimiz və xalqımız üçün son dərəcə vacib və həyati əhəmiyyət daşıyan ictimai kampaniyada fəal iştirak etməyə, koronavirus pandemiyasına qalib gəlmək üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə və bu bəlaya qarşı aparılan ümummilli mübarizəyə töhfə verməyə çağırırıq.
 
#BizBirlikdəGüclüyük
#QaydalaraƏməlEtCəmiyyətiQoru #QHTŞurası #Realtv
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı