“Baku TV”dən Mələk Heydərova ilə bağlı açıqlama: - “Buna reaksiya verməyə bilməzdik” | Eurasia Diary - ednews.net

9 Avqust,


“Baku TV”dən Mələk Heydərova ilə bağlı açıqlama: - “Buna reaksiya verməyə bilməzdik”

Cəmiyyət A- A A+

“Baku TV”nin rəhbəri Orxan Məmmədov sosial şəbəkədə aparıcı-aktrisa Mələk Heydərovanın karantin qaydalarını pozaraq “Fairmont Baku” otelində istirahət etməsi və onun işdən çıxarılmasından yazıb. 

Musavat.com xəbər verir ki, o, M.Heydərovanın işdən çıxarılmasını təsdiq edib və aparıcıya uğurlar arzulayıb:

“Dünən yüzlərlə insan məni paylaşımlara “taq”elədi. Qısaca olaraq açıqlama verim. Əməkdaşımız məzuniyyətdə olub və gedib istirahət edib. Bizim hər hansı bir əməkdaşımızın məzuniyyətdə olarkən ona qadağalar qoymağa ixtiyarımız yoxdur.



Amma kim olursa, olsun, əziyyətlə qaldırdığımız “BAKU TV”nin imicinə xələl yetirirsə və ən əsası dövlətimin qoyduğu qanunu pozursa, buna reaksiya verməyə bilməzdik. Mələk yaxşı işçi idi, ona uğurlar arzu edirəm”.

Mələk Heydərova isə Musavat.com-a açıqlamasında bildirib ki, işdən çıxarılması barədə danışmaq istəmir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...