Azərbaycan xalçalarını toxuyan fransız-Müsahibə

Müsahibələr 15:27 12.08.2020
Filip Jüj: "Xalça toxumaq üçün öyrəndiyim texnikaları öz üslubuma uyğunlaşdıraraq mümkün qədər yaxşı tətbiq etməyə çalışıram"
 
Bu gün böyük qürur hissi ilə demək olar ki, Azərbaycanın mədəniyyəti, milli-mənəvi dəyərləri zaman-zaman bir çox əcnəbilərin diqqətini çəkib. Belə əcnəbilərdən biri də, fransız əsilli Filip Jüjdir. Azərbaycana ilk gəlişi ilə hədsiz şəkildə valeh olan Filip Jüj, hətta bizim milli xalçaları toxumağı da öyrənib. O, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvü olaraq milli diasporumuzla da əməkdaşlıq edir və ölkəmizi həmyerlilərinə tanıdır. Filip Jüj Azərbaycan mediasına ilk müsahibəsini KANAL 5-ə verib.
 
 
-Cənab Jüj, ilk öncə Sizi tanımaq istərdik.
 
-Mən 1955-ci ildə anadan olmuşam. Telekommunikasiya sektorunda kommersiya direktoru, daha sonra İctimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmışam, hal-hazırda təqaüdə çıxmışam. Boş vaxtımın bir hissəsini kilim tipli xalıları toxumağı öyrənməyə həsr edirəm.
 
 
-İlk dəfə Azərbaycana nə vaxt səfər etdiniz və ölkəmizə dair təəssüratınız necə oldu?
 
-8 oktyabr 2019-cu ildə 15 günlük Azərbaycana səfər etmək üçün Parisdən yola çıxdım,  Bu səfər vaxtı 5 günlük təcrübə də keçəcəkdim. Ölkəni tanımırdım və özümü bir macəraya atırdım. Səmimi qonaqpərvərliyiniz məni çox heyrətləndirdi və mən bələdçilərimə təşəkkürümü bildiririəm, onlar iki qardaşdırlar və hərəsi öz növbəsində mənə əsas görüləcək yerləri göstərdikləri üçün təşəkkür edirəm. Həm bugünkü həyat, həm də ölkənizin tarixi ilə bağlı ərtaflı məlumat vermələri, xoş yumorları və mənim səfərimin xoş, mehriban və maarifləndirici etmək üçün göstərdikləri diqqəti çox yüksək qiymətləndirirəm.
 
 
-Azərbaycanda əsas diqqətinizi cəlb edən nə oldu və Azərbaycanla bağlı nəyi bəyəndiniz?
 
-Mən Bakının müasirliyini, həqiqətən çox bəyəndim, hələ də gözlərimin qarşısında gecə şəhəri işıqlandıran üç alov formalı qüllələr var. Ölkənizin müxtəlifliyi məni çox heyran etdi, Abşeron yarımadasından Şabran rayonuna gedən yolda Lahıc kəndindəki sənətkarlar, Kiş kəndi, və əlbəttə ki Şəki və onun "şəbəkə"si ilə məşhur olan möhtəşəm Xan sarayı. Eldar Mikayılzadənin kilim kolleksiyasının ilham mənbəyi məhz bu şəbəkələr olmuşdu. Təbii olaraq xaricdən təsiredici və içəridən valehedici olan Xalça Muzeyində daha çox vaxt keçirdim. Siyahını uzada bilərəm, on günlük ziyarətim hər şeyi görməyə imkan vermədi və geri qayıtmağımı səbirsizliklə gözləyirəm. Ölkənizin mətbəxindən də xüsusilə ləzzət aldım və o vaxtdan bəri "Dolma", "Qutab", "Süzmə Xəngəl" və "Nar qovurması" bişirirəm.
 
 
-Azərbaycan xalçaları ilə necə maraqlandınız?
 
-2019-cu ilin iyul-avqust aylarında Heydər Əliyev Fondu tərəfindən Kannda təşkil edilən yeni Azərbaycan xalçalarının sərgisini ziyarət etdim, Şəki Xan sarayının bəzəyi-dekorundan   ilhamlanmış xalçaları bu sərgidə kəşf etdim. Bu sənəti, düyünlü xalça tərtib etmək texnikasını və toxuculuq sənətini öyrənmək istədim.
 
 
-Azərbaycanda bu sənətin sirlərini kimdən öyrənmisən?
 
-Sərgini ziyarət etdikdən sonra Eldarla görüşmək istədim və çox şanslı oldum ki, məni 4 günlük təcrübə müddətində evində qarşıladı. Bu təcrübə müddətində toxuculuq əməliyyatları üçün bir bələdçi rolunu oynayan millimertli qrafik kağızın əsasında xalçanın toxuması üsullarını mənə öyrətdi. Sonra Zümrüd Hüzeynzadə və onun toxucuları xalça hazırlamaq üçün bütün texniki əməliyyatları, pambıq ipliklərindən, yun və ipək iplərdən, dəzgahdan və bir neçə alətdən istifadə edilməsini izah etdilər. Eldarla birlikdə hazırladığımız və işçiləri ilə tamamladığımız balaca xalça ilə ordan ayrıldım. Səmimi bir komanda ilə tanış oldum və xalça toxumağı öyrənməkdən əlavə qısa bir zamanda şəxsiyyətinə hörmət etdiyim və bağlandığım Eldarın böyük insanlığının da şahidi oldum. 2020-ci ilin yanvarında Eldarı yenidən Parisdə görmək fürsətim oldu. Sərgi Heydər Əliyev Fondu tərəfindən YUNESKO-nun binasında təşkil edilmişdir və bu sərgi münasibətilə Fondun icraçı direktoru Anar Ələkbərov təcrübəmdən danışmaq üçün qısa nitq söyləməyim üçün məni səhnəyə dəvət etmək şərəfinə nail etdi.
 
 
-İndiyə qədər neçə əsəriniz var?
 
-Azərbaycandan qayıdandan sonra Eldarın emalatxanasından götürdüyüm planlara uyğun olaraq bir dəzgah tikdim və YUNESKO-da görüşəndə ​​ustama təqdim etmək üçün iki kiçik xalça toxudum. O vaxtdan bəri daha dörd xalça toxudum. Öyrəndiyim texnikaları öz üslubuma uyğunlaşdıraraq mümkün qədər yaxşı tətbiq etməyə çalışıram. Təsəvvür edin ki, bir gün Kanne məktəbi (Kann yaxınlığında Le Cannet-də (Lö Kanne) yaşayıram) mənim üslubumdan ilhamlanaraq Quba, Şirvan, Təbriz və ya Eldarın yaratdığı Şəki məktəbləri kimi tanınacaq, xəyal edə bilərik!
 
 
-Fransadakı Azərbaycan diasporu ilə əməkdaşlıq edirsinizmi?
 
-Pandemiya ilə əlaqəli karantin tətbiq olunanda Fransada təqaüdsüz təhsil alan və vətənə dönə bilməyən azərbaycanlı tələbələrə kömək etmək üçün Günel Səfərovanın başladığı maddi yardım kampaniyasına qoşulmaq üçün onun yaratdığı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasına üzv oldum. Daha sonra dünyanın müxtəlif ölkələrindən qoşulan spikerlərlə bu mürəkkəb dövrdə fəaliyyətlərimizdən bəhs etdiyimiz "Evdə qalaq, Bilgi alaq" (Mövzu: Koronavirusla mübarizə mədəniyyəti – Kim? Harada?Necə?) adlı onlayn konfransda iştirak etdim. Günelin Azərbaycan Cümhuriyyətinin 102-ci ildönümü ərəfəsində təşkil etdiyi “28 il Qarabağsız” adlı vebinara da baxdım. Bu vebinar bələdçilərim Xəyyam (həm də Azərbaycan Dillər Universitetində fransız dili müəllimi) və Xəqani tərəfindən verilən məlumatları tamamlamaqda yardımçı oldu.
 
-Azərbaycanı Fransada tanıtmaq üçün nə etmək istərdiniz?
 
-İlk öncə ailəm və dostlarıma Azərbaycana səfərim barədə çox danışmışam və ordan gətirdiyim foto və videoları göstərmişəm. Ümid edirəm ki, onlara sizin gözəl və cəlbedici ölkənizi tapmaq arzusunu ötürə bilmişəm. Hal-hazırda müəyyən bir planım yoxdur, amma şübhəsiz ki, bu, xalçalarla bağlı olacaq. Bakıda olduğum müddətdə Xəyyamla birlikdə fransız dilini öyrənən tələbələrlə danışmaq fürsəti tapdım, bu təcrübəni növbəti səfər də gerçəkləşdirmək istəyərdim və ya hətta bir neçə saat dərs də demək istəyərdim.
 
-Fransada və Azərbaycanda xalçalarınızın sərgisini planlaşdırırsınızmı?
 
-Əlbəttə, ilin sonuna yerli sənətkarlar birliyi ilə birlikdə Fransada bir layihəm var. Azərbaycan üçün isə Bakı Xalça Muzeyi bir və ya bir neçə əsərimi sərgiləsə, mənim üçün bu böyük şərəf olardı. Fərqli ölkələr arasındakı münasibətlərdə mədəniyyətin əhəmiyyətini göstərmək üçün bu, bir fürsət olardı.
 
 
Tərcümə etdi: Günel Səfərova
Fuad Hüseynzadə, özəl olaraq KANAL 5 üçün
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı