BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində 3 dekabr 2020-ci il tarixində Tərtər rayonu Həsənqaya kəndində "Mina Təhlükəsizliyi" adlı maarifləndirici tədbir keçirilib.
Eurasia Diary xəbər verir ki, tədbirdə Azərbaycan Gənclərinə Dəstək Proqramı Layihəsinin Koordinatoru Vəliyev Fariz, Gənclərlə İş üzrə Koordinator Quliyev Xudaverdi, Layihə Heyətinin üzvü Cabbarlı Firuz, Bərdə Rayon Regional Koordinatoru Mehdizadə Vüsal iştirak ediblər.
Təlimin məqsədi cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində yaşayan vətəndaşlar arasında mina təhlükəsizliyi üzrə maarifləndirmə işini təşkil etməkdir. Təlim zamanı Bərdə rayon Regional Koordinatoru Vüsal Mehdizadə Mina Təhlükəsizliyi ilə bağlı qazandığı bilik və bacarıqlarını təlim iştirakçıları ilə paylaşıb. Təlimdə iştirak edənlər Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə bağlı Mübarizə Proqramı haqqında məlumatlandırılıblar.