Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.
Eurasia Diary Fövqəladə Hallar Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.