Qızıl Ordu, 20 yanvar 1990-cı ildə millətimizin azadlıq uğrunda apardığı mübarizə əzmini qırmağa çalışsa da, ölkəsinin müstəqilliyini, şərəfini hər şeydən üstün tutan Azərbaycanlı qardaşlarımız ölümün gözünə dik baxdılar. Onlar öləcəklərini bilmələrinə rəğmən, yenə ölümün üstünə yeridilər və şəhid olaraq tarix yazdılar.
Eurasia Diary-nin məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.
O bunu da əlavə olaraq qeyd edib ki, həmin zaman o axan qan Azərbaycanı sürətlə öz müstəqilliyinə qovuşdurdu.
"Ö üzdən də 20 yanvar yalnız hüzn və faciə kimi qeyd olunacaq bir gün deyil, həmçinin bu gün Azərbaycanın şanı və şərəfi günüdür. O üzdən də vətəninin, torpağının müdafiəsi uğrunda mübarizə apararkən 20 yanvar və Vətən müharibəsində həyatını itirənlər başda olmaqla bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm."