Bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcu var - Ədliyyə Nazirliyi | Eurasia Diary - ednews.net

27 Fevral, Şənbə


Bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcu var - Ədliyyə Nazirliyi

Cəmiyyət A- A A+

“Əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqları ilə bağlı mövcud vəziyyətin müəyyənləşdirilməsi məqsədilə məlumatlar toplanılaraq təhlil edilib. Məlum olub ki,bir çox hallarda əvvəlki illərdə müəyyənləşdirilmiş icarə haqlarının mövcud bazar qiymətlərindən dəfələrlə aşağı olmasına baxmayaraq bələdiyyələr tərəfindən qiymətlərin uyğunlaşdırılması üçün qanunamüvafiq tədbirlər demək olar ki görülməyib”.

Eurasia Diary xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov bildirib.

Onun sözlərinə görə, bu sahədə uyğunsuzluqların aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün “İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması barədə” tövsiyə, məsələ ilə bağlı qəbul edilməli olan bələdiyyə qərarının, icarəçilərə göndərilməli təklifin, iddia ərizəsinin nümunəvi formaları hazırlanaraq bütün bələdiyyələrə göndərilib:

“Hazırda tövsiyədə göstərilən tədbirlərin icrası üçün bələdiyyələrlə davamlı iş aparılır. Hesab olunur ki, qeyd edilən məsələnin tənzimlənməsi bir çox bələdiyyələrin büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər. Bələdiyyələrin debitor və kreditor borcları barədə sorğu əsasında toplanmış məlumatların təhlili göstərir ki, bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcları (əsasən əmək haqqı, sosial sığorta ayırmaları üzrə) var. Bələdiyyələrin əksəriyyəti tərəfindən debitor borcların həlli istiqamətində ardıcıl təsirli tədbirlər görülmür, pul tələblərinə dair icrası məcburi aktların qəbul edilərək icraya yönəldilməsi səlahiyyətlərindən istifadə edilmir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...