Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub - FOTOLAR | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun aprelin 3-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum Ağstafa rayonunun Pirli kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...