Həbs edilən Pərviz Abbasovla İmran Ağayev kimdir? Bioqrafiya

Cəmiyyət 21:36 22.04.2021

Koronavirusa yoluxan xəstələrdən rüşvət almaqda ittiham edilən və barələrində həbs-qətimkan tədbiri seçilən “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin kimliyi maraq doğurub.

Eurasia Diary Qafqazinfo-ya istinadən hər iki gənc kadrın bioqrafiyasını təqdim edir.

Pərviz Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub. Orta Təhsilini 1987-1997-ci illərdə fərqlənmə attestatı ilə bitirib.

1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub və 2003-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib. Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, Cərrahi Xəstəliklər Kafedrasında aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində “Fellow doctor” kimi davam etdirib. Bu dövr ərzində Pərviz Abbasov Qaraciyər və böyrək transplantasiyası, piylənmə və metabolik cərrahiyyə sahəsində fəaliyyət göstərib.

2017- 2018-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi olub. 2019-cu ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür. 2020-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Xidmətin Təkmilləşdirilməsi və Ölüm Hallarının təhlili komissiyasının sədridir. 2020-ci ildə “Yeni klinika”nin baş direktoru təyin edilib. 

2008-2013-cü illərdə Rusiya, Almaniya və Türkiyədə bir neçə kurs və treyninqlərdə iştirak edib. 2012-ci ildə Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olub. 2014-cü ildə AMEA Rəyasət Heyyətinin qərarı ilə Elmi Fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif edilib.

Pərviz Abbasov 2010-cu ildən Azərbaycan Tibb Universitetinin “Cərrahiyyə” ixtisası üzrə Aprobasiya Komissiyasında elmi katib vəzifəsində çalışır.  2008-ci ildən tibb elmləri namizədi, tibb üzrə fəlsəfə doktorudur.

Azərbaycanda Bariatrik və Metabolik Cərrahiyyə əməliyyatı – Gastric Bypass, Biliopancreatic diversion və Ileal transposision əməliyyatlarını icra edən həkimlərdən biridir. 47-dən artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

Pərviz Abbasov Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin, Türkiyə Cərrahiyyə Dərnəyinin, Türkiyə Hepatopankreatobiliar Cərrahiyyə Dərnəyinin, Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin və Türkiyə Endokrin Cərrahiyyə Dərnəyinin, Rusiya Cərrahlar Cəmiyyətinin, Türkiyə Bariatrik və Metabolik Cərrahiyyə Dərnəyinin, Türkiyə Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Laparoskopik, Mədə və bağırsaq, Yogun bağırsaq, Düz bağırsaq, Qaraciyər, öd yolları və mədəaltı vəzi, Yırtıqların açıq və laparoskopik, öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyə sahələri üzrə fəaliyyət göstərir.

Ailəlidir iki övladı var.

Fövqəladə Hallar Nazirliyinin Zığdakı Modul Tipli Hospitalının həbs edilən baş həkimi isə İmran Ağayevdir.

İ.Ağayev 1998-2003-cü illərdə Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.

2002-2009-cu illərdə Dövlət Təcili tibbi yardım xidmətində, 2004-2006-cı illərdə Beynəlxalq Qızıl Xaç Komitəsində stomatoloq kimi işləyib.

2009-cu ildən Mərkəzi Gömrük Hospitalında, 2012-ci ildən “MediStyle Dental” klinikasında stomatoloq vəzifəsində işləyib. 2014-cü ildən “MediStyle Hospital”ın baş həkimi olub.

Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının, Avropa Diş İmplantoloqları Assosiasiyasının üzvüdür.

2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi təyin edilib.

Qeyd edək ki, P. Abbasov və İ. Ağayev koronavirus xəstələrindən rüşvət almaqda ittiham edilir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı