Deputat Bakıda parklardan birinə üç ölkənin adının verilməsini təklif edib | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Deputat Bakıda parklardan birinə üç ölkənin adının verilməsini təklif edib

Cəmiyyət A- A A+

“Qarabağda bu çətin şəraitdə böyük fədakarlıq göstərən təhlükəsizlik və sərhəd xidmətlərinin əməyini qeyd etmək istərdim”.

Eurasia Diary xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, ermənilərin çoxsaylı təxribatları barədə məlumatlar gəlir: “Bu mərhələdə onlar olduqca böyük işlər görür. Baş verənlər göstərir ki, Qarabağda bizim uğurumuz hazırlıqlı insanlardan keçir. Daha bir vacib məsələ odur ki, İkinci Qarabağ savaşında üç dövlət Azərbaycana daha geniş miqyasda dəstək verdi. Azərbaycanda sosial şəbəkə seqmentində bəzən bu dövlətlərə qarşı mənfi fikirlər səslənir. Bizim əsas meyarımız 44 günlük savaşdır. Bu savaşda bizə dəstək verməyənlərə sonrakı mərhələdə güvənə bilmərik”.

Deputat Azərbaycanla dostluğun rəmzi kimi Bakıda parklardan birinə Türkiyə, İsrail və Pakistanın adının verilməsini təklif edib: “Çünki bu, tarixdir, yaddaşdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...