İşğaldan azad olunan ərazilərdə enerji mənbələri yaradılır

Cəmiyyət 17:25 12.05.2021

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə işğal altına olan torpaqlarını azad etməsi bir çox digər sahələrdə olduğu kimi elektroenergetika sahəsində də əhəmiyyətli layihələrin reallaşdırılmasına şərait yaradıb.

Eurasia Diary "Report"-a istinadən xəbər verir ki, Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İranla əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 240 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/s elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/s-ı Azərbaycanın payına düşəcək.

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov açıqlamasında bildirib ki, adıçəkilən hidroqovşaqlar və su elektrik stansiyaları Qarabağ üçün həm enerji, həm də suvarma baxımından əhəmiyyətli olacaq: “Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı üçün “Yaşıl enerji” konsepsiyası işlənir. Bildiyiniz kimi dövlət başçısının tapşırığı əsasında, bu ərazilərin bərpaolunan enerji mənbələri hesabına təminatının həyata keçirilməsi üçün tədbirlər həyata keçiriləcək. Külək və günəş enerji potensialının qiymətləndirilməsi ilə bağlı tədbirlər hazırda icra olunur və gələcəkdə yəqin ki, bu sahədə həm iri həcmli, həm də kiçik həcmli layihələrin icra edilməsinə başlanacaq. Həm Araz çayının su ehtiyatlarından, həm də işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə edilməsi də bu ərazilərin enerji təminatında çox ciddi rol oynayacaq. Azad edilmiş ərazilərdə təqribən 45 kiçik su elektrik stansiyası fəaliyyət göstərib, düşmən ərazini tərk edərkən bu su elektrik stansiyalarının bir çoxunu dağıdıb və talan edib. Hazırda “Azərenejri” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinin formalaşdırılması işləri görür və bu stansiyalar istifadəyə verildikdən sonra o şəbəkələr vasitəsi ilə ərazinin elektrik enerjisi təminatında istifadə olunacaq”.

“Azərenerji”nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru isə deyir ki, “Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının ümumi şəbəkəyə qoşulması üçün Cəbrayılda 330 kilovoltluq yeni yarımstansiya tikiləcək: “Xudafərin” və “Qız qalası” hdroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi bizim enerjisistem üçün çox böyük əhəmiyyət kəsb edəcək. “Xudafərin” su elektrik stansiyasının gücü 200 MVt-dır, “Qız qalası” su elektrik stansiyasının gücü isə 80 MVt-dır. “Xudafərin” SES-in 100 MVt-ı, “Qız qalası” SES-in isə 40 MVt-ı Azərbaycanın payına düşür.

Bilirsiniz ki, “Azəreneji” xüsusi proqram tərtib edib və icrasına başlamışıq. Bu ilin sonuna qədər icra bitəcək. Bizim perspektiv inkişaf planına əsasən, Cəbrayılda 330 KV-luq yarımstansiyanın tikintisi həyata keçiriləcək və “Xudafərin”, “Qız qalası” su elektrik stansiyalarını biz birbaşa bu yarımstansiya ilə əlaqələndirəcəyik”.

Energetika Nazirliyinin Qarabağda apardığı araşdırmalara görə, bəzi rayonlarda günəş, bəzi rayonlarda isə külək enerjisi potensialı daha çoxdur.

“Bizim öz araşdırmalarımız da var. Eyni zamanda Dünya Bankı və digər beynəlxalq qurumların bu sahədə ciddi araşdırmaları var, xəritə və atlaslar tərtib olunur. Hər kəsin də bura əlçatanlığı var. Hazırda Araz çayına yaxın ərazilərdə - Füzuli, Cəbrayıl və Zəngilanda günəş potensialı daha çoxdur, lakin Laçın və Kəlbəcər külək potensialı ilə zəngindir”, - deyə Ə. Həsənov əlavə edib.

M.Hüseynovun sözlərinə görə isə, Qarabağda olan mövcud kiçik su elektrik stansiyaları 250 meqavat elektrik enerjisi istehsal etmək potensialına malikdir: “Nəzərə alsaq ki, “Güləbird” su elektrik stansiyasını ermənilər tamamilə dağıtmışdılar və orada “Azərenerji” müəyyən bərpa işləri gördü, hidroturbinlər, hdroqurğular və digər avadanlıqlar bərpa olundu. Biz bunları və o çaylardakı bolsululuğu nəzərə alsaq, biz hardasa 240-250 MVt-a qədər kiçik su elektrik stansiyalarında elektrik enerjisini istehsal edə biləcəyik”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı