"Qafqazın Xirosiması"ndan gələcəyin şəhərinə çevriləcək Ağdam

Cəmiyyət 18:01 30.08.2021

Ağdam şəhəri Bakıdan 365 kilometr aralıda, Qarabağ silsiləsinin şərq ətəyində, Qarabağ düzünün kənarında yerləşir. Şəhərin adı "ağ" və "dam" (başqa bir versiyaya görə - ev) sözündən götürülüb. Burada Qarabağ xanlığının yaradıcısı Pənahəli Xan 18-ci əsrin birinci yarısında ətrafdan görünən ağ daşdan "Ağ dam" adlanan imarət tikdirib və qəsəbənin adı həmin vaxtdan “ağ dam, ağ ev" olaraq qalıb. Pənahəli Xan, bəlkə də, bununla inşaat və memarlıqda yeni tendensiyanın yarandığını ağlına belə gətirməmişdi - müəyyən müddətdən sonra Ağdamın demək olar ki, bütün evləri ağ rəngə boyanıb.

Bir neçə gün öncə EDNews.net oxucularını Füzuli və Şuşadan hazırladığımız reportajla tanış etdik. Bu gün Ağdam və rayonun gələcəyi ilə bağlı layihəylə tanış olan müxbirimizin hazırladığı reportajı təqdim etmək istəyirik.

Pənahəli Xanın iqamətgahı günümüzə qədər qalıb, ancaq erməni vandalizmi nəticəsində indi daha çox xarabalığı xatırladır. Buna baxmayaraq, nə qədər paradoksal səslənsə də, yerlə-yeksan edilmiş binalar Ağdamın bir vaxtlar Azərbaycanın böyük və əhali cəhətdən sıx məskunlaşmış şəhərlərindən biri olduğunu xatırladır. Əfsuslar olsun ki, bu gün Ağdam rayonu minalarla dolu, cansız bir düzənliyə bənzəyir. Və məsələn, azad edilmiş Şuşa bərpa oluna bilindiyi halda, Ağdam yenidən qurulmalıdır. Ağdamın girişində gördüyüm kiçik ekspozisiya onun tamamilə yeni və müasir bir şəhər olacağından xəbər verir. Bu gümanımı Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov da təsdiqlədi.

İlk növbədə qeyd edim ki, prezidentin azad edilmiş ərazilərdəki xüsusi nümayəndələri bizim öyrəşdiyimiz rayon icra başçıları kimi deyil, tamamilə fərqli, yeni tipli idarəçilərdir. Mətbuata açıqdırlar, onlarla ünsiyyət qurmaq asandır, xarici dilləri mükəmməl bilirlər. Prezidentin nümayəndələri yaradıcı düşüncəyə malik və düşünülmüş planları olan Azərbaycanda yeni bir yüksək idarəetmə institutudur. Məhz bu mütərəqqi idarəçilərin çiyinlərinə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin bərpası kimi məsul iş qoyulub.

Xüsusi nümayəndəlik institutu azad edilmiş ərazilərdə bərpa işləri ilə yanaşı, yerli idarəetmə sistemində islahatlar üzərində işləyir. Hazırda on xüsusi nümayəndə var. Yeni institutun əsas vəzifələrindən biri biznes mühitinin yaxşılaşdırılmasıdır. Əvvəllər ölkədə görmək arzusunda olduğumuz şeylər, hər şeyin şəffaf və bürokratik əngəllərsiz olması azad edilmiş ərazilərdə layihələşdirilib.

Emin Hüseynovun sözlərinə görə, Ağdam gələcəyin şəhərinə çevriləcək. Şəhərin layihəsi miqyası və cəsarətliliyi ilə təsiredicidir. Yalnız bir neçə ildən sonra təkcə azərbaycanlılar deyil, bütün dünya iddialı böyük bir qəsəbənin yaranacağına şahid olacaq. Dünyanın ən müvəffəqiyyətli şəhərlərinin təcrübəsi, rəqəmsal texnologiyalar, bərpa olunan enerji, texnoparklar və xüsusi investisiya şərtləri olan bölgə nəzərə alınmaqla möhtəşəm infrastruktur planlaması, bu və daha çox şey Ağdam rayonunda həyata keçiriləcək. Ağdamın mərkəzi bütün şəhərin səviyyəsini müəyyən edəcək. Gələcəkdə şəhər mərkəzinin olacağı və artıq pavilyonun quraşdırıldığı, içərisində Ağdam rayonunun gələcək modeli ilə tanış ola biləcəyiniz yeri ziyarət etdik.

Kənd təsərrüfatı

Ağdam, bütün Qarabağ kimi, özünəməxsus iqlimi və münbit torpağı sayəsində hər zaman aqrar torpaq hesab edilib. Yeri gəlmişkən, Ağdam rayonu Azərbaycanın ən günəşli bölgəsi hesab olunur. Son 50 ilin məlumatlarına görə, Ağdamda ildə günəşli günlərin sayı 273-ə çatır. Bunun sayəsində əslində "ağıllı şəhər" layihəsində nəzərdə tutulan günəş enerjisinin imkanlarından və potensialından burada səmərəli istifadə oluna bilər.

Bölgənin təşkili əsasən su mənbələrindən asılı olacaq. Sugovuşan su anbarı Azərbaycanın nəzarətinə qayıtmasına baxmayaraq, Tərtər çayının su anbarından axan sağ qolu müvəqqəti olaraq rus sülhməramlı kontingentin nəzarətində olan Ağdərə şəhərinin ərazisindən keçir. Rus sülhməramlıları təbii ki, müəyyən miqdarda suyun keçməsinə icazə verirlər, lakin bu, Ağdamın bütün ehtiyaclarını ödəmək üçün kifayət deyil. Əsas su mənbəyi, təxminən 23 milyon kubmetrlik iri tutumlu Xaçınçay su anbarı olacaq. Lakin su hazırda müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan ərazilərdən axdığından içməli su kimi istifadə edilə bilməz. İçməli suyun yeganə mənbəyi Şuşadan qaynaqlanan Qarqarçay çayıdır.

Ekoloqların fikrincə, Ağdam yaxınlığında da çoxlu su ehtiyatı var. Məsələ burasındadır ki, artezian sularının əkinçilikdə istifadəsi çox baha başa gəlir. Bundan əlavə, floraya mənfi təsir göstərir. Bu səbəbdən artezian suları yalnız içmək üçün istifadə ediləcək.

Bununla yanaşı, Ağdamda 10-50 hektar sahədə 200 müasir fermer təsərrüfatı yaradılacaq. Dövlət torpaqlarının qalan hissəsində 50-100 hektar sahədə 50 müasir təsərrüfatın yaradılması planlaşdırılır. Yeri gəlmişkən, artıq Ağdamda iqtisadi aktivlik nəzərə çarpır. Buradakı ilk iri müəssisələr əkin sahələrinin boş qalmaması üçün əkin işləri aparırlar.

1500, 3000, 4000 hektarlıq sahələrdə bir neçə böyük müasir fermalar da yaradılacaq. Kəndlər elə bölünəcək ki, böyük sahələr 150 hektar olacaq və bu, ehtimal ki, hər biri 25 hektar olmaqla daha kiçik sahələrə bölünəcək. Əraziyə uyğun olaraq hər bir sakinə 18 sot torpaq sahəsi verilir.

Şəhər

Layihəçilər Ağdamın planını hazırlamazdan əvvəl, bir sıra xarici şəhərlərin quruluşunu araşdırıblar və burada özləri üçün bir nümunə müəyyənləşdiriblər. Beynəlxalq təcrübəyə əsaslanaraq əlçatanlıq əsas prinsip olaraq müəyyən edilib. Ağdamın şəhər mühiti onun əsasında qurulacaq. Məsələn, hər tərəfdən şəhərə girib-çıxmağa imkan verən dairəvi yol olacaq.

Yeni Ağdamın tərkibinə Ağdam şəhərinin özü və 8 yaxın kənd daxildir. Ağdamın sahəsi 1750 hektar və 2450 hektar da şəhərətrafı yaşıllıq sahəsi olacaq. Əhalinin 100 min nəfərə çatdırılması planlaşdırılır ki, bu da Ağdamı Qarabağın ən böyük və Azərbaycanın 6-cı böyük şəhərinə çevirəcək. Əhalinin 70% -i çoxmənzilli binalarda, 30% -i isə fərdi evlərdə yaşayacaq. Şəhər müasir bağlarla əhatə olunacaq.

Ağdamda meşə sahəsi salınacaq. Şəhər ərazisinin 23% -i meşə və park sahələrindən, ətrafı isə gələcəkdə turizm obyektlərinin, məsələn, otellərin yerləşdirilməsi mümkün olan bağlardan ibarət olacaq. Ağdamın ən hündür 4 binasının hər biri 16 mərtəbəli olacaq.

"Ağıllı şəhər"in əsas prinsipinə uyğun olaraq burada əsas piyada keçidi olacaq. Sosial infrastruktur, məsələn məktəblər elə planlaşdırılacaq ki, hər yerdən insanlar onlara piyada gedə bilsinlər və nəqliyyat vasitələrindən istifadə etməyə ehtiyac qalmasın. Bütün yollarda velosiped yolları var. Layihəyə görə, şəhərdə tramvay-elektrik avtobusları, yəni relssiz nəqliyyat işləyəcək. Bir türk şirkəti elektrik avtobusları üçün xətt hazırlayacaq. Yəni nəqliyyat infrastrukturu çox rahat olacaq. Bildiyiniz kimi, dünyanın ən geniş yolu 60 metr enindədir və Lissabonda yerləşir. Ağdamdan hər biri eni 60 və 55 metr olan iki belə yol keçəcək.

Ağdamın bütün nəqliyyat sistemi mərkəzləşdiriləcək. Layihə sənaye zonasının yanında nəqliyyat qovşağının inşasını nəzərdə tutur. Yəni bu bir qovşaqdır, mərkəzi stansiyadır (dəmir yolu, avtobus).

Şəhərin mərkəzində tribunalı yeni meydan (bayramlar və yürüşlər keçiriləcək), həmçinin şəhər icra hakimiyyəti və konqres zalı olacaq. Diqqət çəkən başqa bir məqam, şəhərdən qayıqla gəzintini təmin edən, körpüləri olan iki kanalın keçməsidir.

Ümumiyyətlə, şəhər rayonlaşdırılacaq və tarixi mərkəz, inzibati, yaşayış, yaşıl və sənaye zonalarına bölünəcək. Təhsil məhəlləsində Azərbaycanın hər yerindən gələn tələbələrin təhsil ala biləcəyi Qarabağ Universiteti yerləşəcək.

Tarixi mərkəzə İmarət saray kompleksi, Qarabağ xanlarının məqbərəsi, Şahbulaq qalası və yeni məscid daxil olacaq. Şahbulaq - şəhər ətrafında ən gözəl və məşhur yerlərdən biridir. Bu ərazinin ətrafında şimala doğru Şahbulaq qalası istiqamətində Xaçınçay çayına, oradan da at yetişdirmə zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə kimi bağlar uzanacaq. Və ən əsası məşhur Ağdam bazarı yenidən canlanacaq.

Heydər Əliyev Fondu Ağdamın Cümə məscidinin bərpası işlərini həyata keçirir. Erməni vandalları tərəfindən dağıdılmış Qiyaslı məscidi bərpa ediləcək. Bundan sonra təbii ki, başqa yerdə də məscidlər tikiləcək. Ağdamdakı məscidin bərpasını Avstriya şirkəti həyata keçirəcək. İmarət saray kompleksi konsepsiyası Mədəniyyət Nazirliyi, qədim məscidlər konsepsiyası isə Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Ağdamda işğaldan əvvəl Cümə məscidi ilə üzbəüz məşhur çayxana vardı. Çox güman ki, ağdamlıların istəyi ilə o da bərpa olunacaq. Şəhərin tarixi mərkəzi bir qədər Bakının İçəri şəhərini xatırladır.

Məscidlər, Pənahəli Xanın sarayı, dram teatrı muzey kompleksinə daxil ediləcək. Bu, divarlarla əhatə olunmuş açıq hava muzeyi olacaq. Ancaq Bakının köhnə şəhərinin qala divarlarından fərqli olaraq, Ağdamdakı tarixi kompleksin divarları tağlardan ibarət olacaq. Burada tikinti işlərini italyan mütəxəssislər aparacaq. Kompleksdə İşğal muzeyi, Zəfər Muzeyi və digər tarixi binalar yerləşəcək. Amma ermənilər tərəfindən dağıdılmış bütün tarixi binalar gələcək nəsillər üçün toxunulmaz olaraq qalacaq. Ərazidə süni göl də yaradılacaq. Bəzi tarixi binalar, məsələn, dram teatrı suyun üzərində salınacaq. Dağıdılan tarixi obyektlər onun səthində əks olunacaq.

Qeyd etmək lazımdır ki, Ağdam rayonunda iş yerlərinin açılması üçün sənaye parkının təməli qoyulub. Sahəsi təxminən 200 hektardır və gələcəkdə burada minlərlə insan işlə təmin olunacaq. Üstəlik, bərpa işlərinə mümkün qədər çox yerli əhalinin cəlb edilməsi planlaşdırılır ki, Ağdam rayonuna qayıtdıqdan sonra nəinki yaşayış evləri, həm də işlə təmin olunsunlar.

Digər çox vacib bir məqam Xüsusi Nümayəndələr İnstitutunun gənclərə diqqət ayırmasıdır. E.Hüseynov bizimlə söhbətində dəfələrlə vurğuladı ki, gənclik hərəkətverici qüvvədir, bu gələcəkdir və Ağdamı müasir şəhərə çevirmək lazımdır ki, burada gənclər özlərini Bakıdakı kimi hiss etsinlər. Ağdamda gənc nəsil üçün şərait yaradılacaq ki, özləri də bura gəlib yaşamaq istəsinlər.

“Bizim qarşımıza konkret vaxt qoyulmayıb. Əsas vəzifəmiz işin səmərəli, elmi əsaslı və şəffaf şəkildə aparılmasını təmin etməkdir. Bu məsələyə xüsusi həssaslıqla yanaşırıq. Hər kəs, xalqımız, biznes nümayəndələri və beynəlxalq ictimaiyyət bu işdə iştirak etməlidir", E. Hüseynov dedi.

Sonda özüm də əlavə edim ki, erməni vandalları tərəfindən "Qafqazın Xirosiması"na çevrilən şəhərin yenidən qurulması planları ilə tanış olarkən Ağdamın ən böyük şəhərlərdən birinə, Azərbaycanın müasir, sənaye, turizm mərkəzinə çevriləcəyinə və ermənilərin iş yeri və bəlkə də yemək axtarmaq üçün müasir şəhərin qapısında gecələyəcəklərinə tam əmin oldum.

Bakı-Ağdam-Bakı

Hüseyn Səfərov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

İstanbulda zəlzələ zamanı hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir
16:45 23.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? II Hissə: Çinin Afrika Siyasəti
13:25 23.04.2025
Bakıda leysan yağacaq, şimşək çaxacaq
12:14 23.04.2025
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub
12:01 23.04.2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
12:00 23.04.2025
AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
11:47 23.04.2025
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6 sənəd imzalanıb
11:33 23.04.2025
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Qurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
11:22 23.04.2025
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
11:22 23.04.2025
Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır
11:18 23.04.2025
Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
11:00 23.04.2025
Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb
10:55 23.04.2025
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
10:44 23.04.2025
Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər
10:40 23.04.2025
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək
10:35 23.04.2025
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
10:30 23.04.2025
"Azərbaycanla münasibətlərimiz keyfiyyətcə yeni səviyyədədir"
10:29 23.04.2025
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
10:22 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
10:16 23.04.2025
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
10:12 23.04.2025
Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub
10:11 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
05:00 23.04.2025
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür
01:22 23.04.2025
Türkiyə Böyük Millət Məclisi 105-ci ildönümünü qeyd edir
00:05 23.04.2025
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
00:01 23.04.2025
Vaksin Diplomatiyası: Dünyanın Siyasi Landşaftı Necə Dəyişdi?
19:33 22.04.2025
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
16:45 22.04.2025
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
15:53 22.04.2025
Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib
15:51 22.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? I Hissə: Kolonializm süqut edir, yoxsa dəyişir?
13:35 22.04.2025
Serbiyanın milli televiziyasının blokadası davam edir
12:59 22.04.2025
Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib
12:54 22.04.2025
Heykəltəraş Zurab Sereteli Gürcüstanda dəfn ediləcək
12:38 22.04.2025
Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək
12:25 22.04.2025
Hesablama Palatasının göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və tamamlaması təklif olunub
12:09 22.04.2025
Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
12:01 22.04.2025
"Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə töhfə verməyə hazırıq"
12:00 22.04.2025
Sabah Cəlilabadın bəzi küçələrində qaz olmayacaq
11:55 22.04.2025
Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib
11:47 22.04.2025
Aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun tədbirlər proqramına daxil edilib
11:40 22.04.2025
Hamısı