“Forbes” jurnalı 2020-ci ildə ən çox gəlir əldə etmiş rusiyalı milyarderlərin reytinqini açıqlayıb.
EDNews.net xəbər verir ki, reytinqə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov başçılıq edir. Onun ötənilki gəliri 1,7 milyard ABŞ dolları olub.
İlk 3-lüyə NLMK qrupunun əsas səhmdarı Vladimir Lisin (1,48 milyard dollar) və "USM Holdings”in rəhbəri Alişer Usmanov (1,43 milyard dollar) da daxildir.
“Lukoyl”un rəhbəri Vahid Ələkbərov siyahıda 4-cü (1,41 milyard dollar), senator Süleyman Kərimov və ailəsi isə 5-ci yerdə (922 milyon dollar) qərarlaşıb.
Jurnalın məlumatına görə, gəlir hesablanarkən milyarderlərin aktiv satışından və dividendlərdən əldə etdikləri gəlir nəzərə alınıb.