Hayla gəldi, huyla getdi İran Qafqazda necə quzu kababına döndü...

Cəmiyyət 13:17 26.10.2021

Ataların gözəl məsəli var: Hayla gələn huyla gedər. 

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi ilə bağlı sürətlə dəyişən ən son hadisələr sanki region dövlətlərində bir başgicəllənmə effekti yaratdı. Bunların arasında ən çox təsirə məruz qalan isə İran idi. Həm yaxın qonşu kimi, həm də şəhadət barmağı daim Azərbaycanda olduğu üçün İrandakı prosesləri, o cümlədən onların bizə qarşı yönələn siyasətini tam şəffaf izləmək mümkün idi. Uzun zaman alacaq olsa da, həmin barmağın artıq qırılaraq ölkədən çıxarılması istiqamətində işlər görülməyə başlayıb. 

Ölkəyə xüsusilə din pərdəsi altında təcavüz etməyə çalışan İran, uzun illərdən, hətta əsrlərdən bəri Azərbaycanı öz əyaləti kimi görməyə çalışıb. Bu xüsusda İran ölkəsində mövcud olan rejimin bəzi seqmentlərini Azərbaycanın müəyyən nöqtələrdə formalaşdırmağa çalışsa da, buna tam nail ola bilməyib. 

İran üçün əsas hədəf əslində Azərbaycanın parçalanaraq kiçilib yox həddinə gətirilməsi olub. Bu cür prinsip hələ 90-cı illərdə də ölkədə çevrilişlərə və kiçik respublikalar qurulmasına dəstək təşəbbüsündə özünü göstərmişdi. Ötən il əldə edilən İkinci Qarabağ savaşındakı qələbə də, İranın yarımçıq qalan xəyallarını Arazın suyuna düşürtdü. Gözü Arazın o biri tayında qalan İranın ilk öncə qonşusu və “can dostu” Ermənistanla birgə gerçəkləşdirdiyi qanunsuz ticarət və işbirliyi bir anda alt-üst oldu. Buna həzm edə bilməyən İran bir anlıq aslan cildini almağa çalışdı, amma nəticədə... Bir az etikadan çıxmamaq şərtilə deyək ki, şir quzuya çevrildi. Özü də necə çevrildi... 

Vaxtilə Azərbaycanın cənub diyarı olan Ərdəbildən Azərbaycana qarşı meydan sulayıb fitvalar verən molla rejimi, qısa zamanda Azərbaycandakı güdən gözü və hürən ağzı olan Ocaq Necatından, daha sonra Zəngəzurdan basa-basa Xankəndinə qanunsuz mal daşıyan yolundan oldu. İbrət almayıb yenə üçüncü nəsildə qalmış ordusunu sərhəddə tökdü, amma bu dəfə də müttəfiqlərin qəzəbini görüb quyruğunu bulayaraq geriyə çəkildi. Necə deyərlər – Hayla gəldi, huyla getdi.  

Hətta buna başqa bir məsəli də çəkmək olardı. Məsələn, “sirkə nə qədər tün olsa vurub öz qabını çartladar” deyimi İranın aqibəti ilə üst-üstə düşdü. Vaxtilə İranın Xİ naziri Əmir Abdollahiyanın Azərbaycana qarşı odlu çıxışları, bunun ardınca iş çətinə doğru gedərkən İslam və din qardaşlığı adı altında İrana məxsus xoş qılıqlı münasibətlər və ən sonda ağzını tamamən qapadıb susmaq ölkə siyasətinin iç üzünü tamamən üzə çıxartdı.   

İndi isə bir qədər təşbehi kənara qoyub İranın daxili və xarici siyasətini qısaca nəzərdən keçirək. İran kimdir və regionda onu kimlər istəyir və ya kimlər ona qarşıdır. 

İranın daxili siyasəti bəllidir, necə deyərlər görünən kəndə nə bələdçi. Molla rejiminin əsarətinə düçar olan zavallı xalq həm daxildəki iqtisadi böhran, həm də rejimin mənfur siyasətindən boğaza gəlib. İranın bir “xomeyniyə”  dəyməyən xarici siyasəti də içi kimi bərbaddır. Regionda təklənmiş halda qalan İran pərdəarxası düşməni olan Rusiyanın ətəyində sürünür. Ancaq ara qarışdırmaqla Suriya və orta şərqdə vaxt keçirən İranın maskalı sərbazları sağa-sola mərmi yağdırır. Rejim öz siyasətinin uğursuz olduğunu hələ də qəbul etməsə də bunu artıq çox yaxşı görür. Bəlkə də İran bir az gələcəyi görməkdə bəsirətsiz davranır... 

Elnur Ənvəroğlu 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı