Umud Mirzəyev: “Mina problemi ilə bağlı gecə-gündüz iş aparılmasına ehtiyac var”

Cəmiyyət 14:07 29.11.2021

İşğaldan azad edilən ərazilərimizdə erməni quldur dəstələrindən “miras” qalan mina problemi davam edir. Noyabrın 28-də daha iki hərbçimizin Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb. Onlardan birinin ayağı topuqdan aşağı amputasiya olunub, digərinin ayağı cərrahi əməliyyat olunaraq amputasiya olunmadan xilas edilib.

Qeyd edək ki, son zamanlar insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşməsi halları intensivləşib. Təkcə noyabr ayında ən azı 8 nəfər minaya düşüb. Onlardan 2 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Minaya düşənlərdən 3 nəfəri hərbçi, 5 nəfəri isə dinc sakin və ərazidə quruculuq işləri ilə məşğul olanlardır.

Bu faktlar bir daha onu sübut edir ki, hələ də Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı səssiz qalan beynəlxalq ictimaiyyət, əlaqədar orqanlar əməli işə keçməli, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər. Bu, yurd-yuvasından didərgin düşən insanların işğaldan azad olunmuş torpaqlara Böyük qayıdışı zamanı təhlükəsiz şəraitdə yaşaması baxımından xüsusilə vacibdir.  

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud MirzəyevEDNews.net-ə açıqlamasında bildirib ki, mina təhlükəsizliyi ölkəmiz üçün uzun müddətə aktuallıq kəsb edən mövzudur: “Məsələ ondadır ki, torpaqlar həddindən artıq çirkləndirilib. Bununla bağlı gecə-gündüz fəaliyyət aparılmasına ehtiyac var. Azad edilmiş ərazilərdə bir tərəfdən təxirə salınmadan infrastruktur layihələrinin həyata keçirilməsi vacibdir. Digər tərəfdən də çirklənmiş ərazilərdə infrastruktur layihələrin həyata keçirilməsi üçün şərait yaranmalıdır. Bunun üçün ölkədə bu istiqamətdə məsul olan qurumlar kifayət qədər ciddi fəaliyyət göstərir. Bilirsiniz ki, bu məsələdə ANAMA əsas qurumdur. Eyni zamanda, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin və digər qurumların, beynəlxalq təşkilatların nümayəndələri də fəaliyyət göstərirlər”.

U. Mirzəyev bildirib ki, bütün səylərə baxmayaraq insidentlər hələ də baş verir və hətta intensivləşib: “Təəssüf ki, son günlər bir-birinin ardınca belə insidentlər baş verir. Özü də insidentlər o yerlərdə baş verir ki, Ermənistan guya o yerlərlə bağlı minalanmış ərazilərin xəritələrini təqdim etmişdi. Bu həmin xəritələrin nə qədər etibarsız olduğunu sübut edir. Bu gün Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-ın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və "Dayaq" qeyri-hökumət humanitar yardım təşkilatı tərəfindən 10 regionda Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi həyata keçirilir. Layihənin hədəfi keçmiş təmas xəttində yaşayan və oraya yaxın olan 100 min əhalini əhatə etmək, bu insanları mina təhlükəsi ilə bağlı maarifləndirmək, mina problemi və ondan qorunmaqla bağlı əhali ilə birbaşa işlər görməkdir. İlkin olaraq, bu layihə çərçivəsində 500 nəfər icma rəhbəri təlim keçir ki, onlar da öz növbəsində gələcəkdə əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edib dəstək göstərəcək, prosesdə iştirak edəcəklər”.

BAMF Prezidenti bir daha region əhalisinə, eləcə də işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyən insanlara çağırış edərək bildirib ki, onlar mina ilə çirkləndirilmiş regionlara səfərlərlə bağlı həm təmkin göstərməli, həm də səfər zamanı ən etibarlı, sınanmış yollardan və izlərdən istifadə etməlidirlər: “Yəni heç zaman özfəaliyyətə yol vermək olmaz. Bu regionlarda təhlükə, ölüm adamı hər addımda izləyir. Ona görə də, yalnız təmizlənmiş, sınaqdan çıxmış yollardan, izlərdən və məkanlardan istifadə etmək çox vacibdir”.

Qeyd edək ki, BAMF-ın təşkilatçılığı ilə PSTM layihəsi çərçivəsində maarifləndirmə tədbirləri Tərtər, Bərdə, Füzuli, Göygöl, Goranboy və Daşkəsəndə həyata keçirilir. Layihə qeyd olunan 6 rayon və hər birində 10 000 (on min) insan olmaqla, ümumilikdə 48 icma sakinini əhatə edir. Regionda aparılacaq maarifləndirmə tədbirləri mina və partlamamış silah-sursat təhlükəsi riskinin azaldılmasında önəmli rol oynayacaq.  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı