BAMF-ın təşkilatçılığı ilə “Səngər adamları” kitabının təqdimatı keçiriləcək

Cəmiyyət 10:56 27.12.2021

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Səngər adamları” adlı kitabın təqdimatı keçiriləcək.  

EDNews.net xəbər verir ki, mərasimdə Respublikanın tanınmış imza sahibləri, politoloqlar, millət vəkilləri, Media patronları və istər 44 günlük 2-ci Qarabağ savaşı dövründə, istərsə də 30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən azərbaycanlı jurnalistlər, eləcə də bu yolda canından keçib şəhidlik zirvəsinə ucalan söz sahiblərinin yaxınları iştirak edəcək.   

Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Vətəndaşımızın, ordumuzun, dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Məhz bu səbəbdən istər 1-ci Qarabağ Savaşında, istərsə də  qələbəmizin simvolu olan 44 günlük müharibə dövründə canını fəda edən, sağlamlığını təhlükə altına alıb sözünü və kamerasını silah edib səngərlərdə olan, başına mərmi yağsa da həqiqətlərin carçısına çevrilən və canından şərəflə keçən media mənsubları haqda bir toplu, kitab hazırlamaq, səngər adamları olan jurnalistlərə bir borcumuz idi.   

Kitab 162 səhifədən ibarətdir. “Səngər adamları”nın ideya müəllifi BAMF prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.  

“Səngər adamları” kitabında adları qeyd olunan media mənsubları illərdir Qarabağ bölgəsinə ezam olunmuş həmkarlarımızdır. Eyni zamanda, 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistləri anmışıq bu kitabda. Ancaq hər iki savaşda və 30 illik işğal dönəmində sözün hər mənasında qələmini silah edib, canını fəda etməyə hazır bir çox jurnalistlərimiz olub. Mirşahin Ağayev, Kamil Eldaroğlu, Mahir Məmmədli, İlqar Mikayıloğlu, Vüsal Qaraca, Anar Şuşalı, Ayşəm Rüstəmova, İbrahim Həşimov, Elmin Bayramlı, Ramal Abdullayev, İslam Əşrəfov, İsmayıl Əmirov, Əhməd Məmmədov, Heydər Mirzə və başqa onlarla həmkarımız səngər adamları olmağı şərəf biliblər.

Tədbirin Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də keçirilməsi də təsadüfi deyil. Bu televiziya kanalı bütün Azərbaycan jurnalistikasının tarixi məbədidir. Media şəhidlərimizin xatirəsinə ithaf etdiyimiz bu kitab onlar üçün edə biləcəyimiz bəlkə də ən xırda işdir, ancaq edilməli olanlardandır.

Qeyd edək ki, BAMF son 30 ildə, təşkilatın fəaliyyəti dövründə daim Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq aləmdə nüfuzu olan, dünya miqyasında imzası tanınan bütün xarici media nümayəndələrinin, dövlət və özəl təşkilat rəhbərlərinin Qarabağ bölgəsinə səfərlərini təşkil edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı