“Aztelekom” Şuşada filial açdı - ednews.net

24 Yanvar, Bazar ertəsi

“Aztelekom” Şuşada filial açdı

Cəmiyyət A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

EDNews.net xəbər verir ki, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

Qeyd edək ki, bundan öncə şirkətin "Cənub Şirvan", "Şimal-Qərb", "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb.

Xatırladaq ki, "Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...