Ağ Partiya başqanı Tural Abbaslı ailə qurduqdan sonra siyasi fəaliyyətinə ara verib.
EDNews.net xəbər verir ki, buna səbəb isə onun bir müddət ölkə xaricində olmasıdır. Belə ki, dekabrın 21-də ailə həyatı quran partiya başqanı yeni ili qeyd etdikdən sonra istirahət etmək üçün adını açıqlamaq istəmədiyi xarici ölkəyə səfər edib.
EDNews.net mövzu ilə bağlı Tural Abbaslı ilə əlaqə saxlayıb. Siyasətçi artıq istirahətdən qayıtdığını bildirib.
“Artıq Bakıdayam və sabahdan fəaliyyətimi tam bərpa edirəm”.
O, qeyd edib ki, səyahətdə olmasına baxmayaraq, uzaqdan da olsa, fəaliyyətinin bir hissəsini davam etdirib. T.Abbaslı sadəcə, ölkədən kənar olduğu üçün canlı efirlərdə iştirak edə bilmədiyini deyib.