“Şuşa İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

“Şuşa İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq

Cəmiyyət A- A A+

“Şuşa İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq.

EDNews.net-in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Şuşa İli” ilə bağlı Tədbirlər Planına dair təkliflərini iyirmi gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...