Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alırlar - Səbəb nədir? - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alırlar - Səbəb nədir?

Cəmiyyət A- A A+

Azərbaycan vətəndaşları 2021-ci ildə Türkiyədə 1517 mülk alıb. Bu da 2020-ci illə müqayisədə 238 ədəd çoxdur.

Ednews xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlakın Alqı-Satqı Dövlət Qurumu yayıb.

Mənbə qeyd edir ki, 2021-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 192 əmlak alıb ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 37 əmlak çoxdur.

Ötən il Türkiyədə 1,4 milyon əmlak satılıb. Bu da 2020-ci illə müqayisədə 0,5 faiz azdır.

2021-ci ilin dekabr ayında Türkiyədə 226 503 əmlak satılıb. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə çoxluq təşkil edir. Ötən il ərzində isə əcnəbilər Türkiyədə 58 576 mülk əldə edib. Bu da 2020-ci illə müqayisədə 43,5 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...