Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov Udmurtiya Respublikasından olan nümayəndə heyəti ilə görüşüb.
Ednews-in xəbərinə görə, tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Aleksey Studnyarski, Udmurtiya hökuməti sədrinin müavini Mixail Xomiç, respublika başçısının beynəlxalq əlaqələr üzrə müşaviri Dmitri Ryabov, Udmurtiya Respublikasının İnkişaf Korporasiyası, Udmurtiya Dövlət Universiteti və Qlazov Dövlət Pedaqoji Universiteti, “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”, eləcə də Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Tərəflər region və Azərbaycan universitetləri arasında birgə mədəni tədbirlərin təşkili və təhsil sahəsində universitetlər arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
