613-cü qurban Mən Xocalıyam...

Cəmiyyət 12:23 26.02.2022

-Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə sus. Gözəl balam, sus...

Sonra isti nəsə hiss etdim, alnımdan axdı deyəsən - bu isti nə idi belə? Qaçıram ayaqyalın, qaçıram.

Hara qaçıram, özüm də heç bilmirəm. Qızım - balaca quzum qucağımdadır. Qaçırıq. Hamı qaçır. Get-gedə sıralarımız azalır. Bir-bir azalırıq. Kiməsə güllə dəyir. Yıxılır, al-qana bulanır. Əlimi uzadıram, qışqırıram – kömək edin, kömək edin...

Hamı qaçır... Deyəsən, son dəfə mən otaqdaydım, quzuma lay-lay oxuyurdum:

Lay-lay dedim yatasan
Qızılgülə batasan
Lay-lay balam, quzum lay-lay...

Atəş səsləri, güllə-baran. Ay Allah, bu nədir? Qiyamət qopur, dünyanın sonudur? Qaçırıq, evdən çıxıram. Quzu balamı yataqdan götürüb qaçıram. Gücüm ancaq əlimə keçən şala çatır. Balamı bükürəm, bağrıma basıram. Heç nə gözümə görünmür, heç nə. Ancaq balamı qurtarım, 15 il həsrətini çəkdiyim balam...

Yanaqlarım donur, əllərim donur. Gülzarım görəsən donmur? Əynimdəki jaketi çıxarıb bükürəm şalın üstündən. Birdən soyuq olar balama...

Qarşıdan ermənilər keçir. Qonşu arvad “qızım kola gir, kola gir, ermənilərdir, gir, gir”.

Tikanlı kolluğa girirəm. Tikanlar əllərimi, üzümü cızır. Təki balamı incitməsin. Hər tərəfim qanayır.

Gülzar ağlayır. Var gücümlə əlimlə ağzını tuturam

-Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə, sus. Gözəl balam, sus...

Yenə qaçıram. Qarşıda çay var, ayaqyalınam. Suya girdim. Ay Allah su buz kəsir ayaqlarımı. Hiss etmirəm ayaqlarımı.

Ayaqlarım hardasa kəsilib, qan su kimi axır. Amma hiss etmirəm, qaça bilmirəm. Gülzarımın səsi gəlmir, yatdı deyəsən. Şalı açıram, gözləri niyə açıqdır? – Gülzar, Gülzar. Öz əllərimlə sakit olmaq üçün balamı boğmuşam. Balamı öldürmüşəm. Qatil ana, qatil.

Balamı son dəfə alnından öpürəm. Balam bumbuzdu. Hanı sənin isti nəfəsin?

Çayın qırağında balamı basdırmaq istəyirəm, qonşu qadın məni dartışdırır – Qoy, o onsuz heç nə hiss etmir. Yaxınlaşırlar. Balamı qoyub üzərinə qar töküb gizlədirəm. Beynim, düşüncəm donub. Heç nə düşünə bilmirəm. Elə bil yuxudayam. Balama ağlaya bilmirəm, görəsən göz yaşlarım da donub?

Qaçırıq... Birdən...Birdən arxadan mənə nəsə dəyir, biri ürəyimə, biri ayağıma. Ağrı, şiddətli ağrı nəfəsimi kəsir. Sonuncusu başıma dəyir... O güllədən sonra heç nə hiss etmirəm, ağrılarım keçir. Üzü üstə yıxılıram. Qar görürəm ətrafda. Kimsə mənə yaxınlaşır. Əvvəl mənə 2-3 dənə təpik çəkir, hiss etmirəm heç nə. Məni kürəyi üstə çevirir. 

- Bu da 613-cü adam, Təsəvvür et, bizim batalyona qəhrəmanlıq dastanı yazmalıdırlar. Biz 613 türkü məhv etmişik.

Bunu deyib o iki nəfər qəhqəhə çəkib gülür.

Göy üzü necə gözəldir. Səma, sonsuz səma... Yanımdan kimlərsə qaçır. Düz yanımda qan gölməçəsi var. Qaçanların ayaqları ora çırpıldıqca üzümə qan sıçrayır. Heç nə hiss etmirəm.

Qışqırıq...qışqırıq. Qonşumuz Ayazı kəndirlə ağaca bağlayıblar, gözünün önündə arvadını, qızını yerə uzadıb soyundurublar. Qaldırırlar, lüt qaçırdırlar. Mırıqdış dığalar gülürlər. Ayaz şir kimi nərildəyir “namussuz ermənilər, aç əlimi, gör səni neyləyirəm. Qorxaqlar, alçaqlar”.

Ayazın gözü qarşısında arvadına, qızına təcavüz edirlər, dik, Ayazın gözünə baxıb gülə-gülə. Üzərinə benzin töküb diri-diri yandırırlar. Heç səsi də çıxmır. Sevinir bu namussuzluqdan ölüb gedir.

Hamilə qadın qaçır, haqlayırlar onu. Qarnını kəsib körpəni çıxardırlar. Ananın başın kəsirlər. O da mənim kimi ağrını hiss etmir indi.

Üzümü səmaya çevirirəm. Hava açılır. Səma necə də gözəldir. Yanımdakı əsgərin meyidinin baş dərisini soyurlar, gülürlər. Sanki həzz alırlar.

Ana, ana. Kimsə çığırdı. Kimdir o? Səs necə də tanışdır. Vahiməli bağırtı - Can balam, can. Tükəzban xala - bizdən iki məhəllə aşağıda qırmızı evdə yaşayan qadın. Yadıma düşdü. Bir oğlu var, Teymur. 2 ay bundan qabaq evləndirmişdi. 20 yaşlı cavan oğlandı.

Tükəzbanın gözü qarşısında diri-diri onu iki hissəyə böldülər. O, indi mənim kimi heç nə hiss etmir.

Teymurun ayağının birini bədənindən ayırdılar. Tükəzbanı çayın qırağında oturdublar. Balasının qopmuş ayağı ilə üzünə, başına vururlar. Bala qanına bulanır üzü. Qadın ağlamır, var-gücü ilə qışqırır. Birdən qışqırıq möhkəm qəhqəhəyə çevrilir. Aman Allah, bala qanından qadın divanə olur. Təpikləri ilə vurub qadını suya atırlar. Güllə səsləri, gülüş kəsilir

Gördüyüm yalnız göy üzü, səmadır. Daha ağrılara, acılara baxmıram. Mən azadam, heç nə hiss etmirəm. Qulağıma qışqırıqlar, gülüşlər, güllə səsləri gəlir

İki gündür deyəsən burdayam, göyə baxıram. Göydə helikopter uçur. Sevinirəm bizimkilər gəlir deyəsən. Sevinirəm ürəyim, ürəyim...yox, ürəyim döyünmür. Hər şey üçün çox gecdir.

Hayqırmaq istəyirəm. Gecdir, gecdir, siz çox gecikmisiniz.

Səmaya baxıram... Mən insan idim, bir gecədə Xocalıya çevrildim. Mən Xocalıyam... Mən 613-cü qurbanam. Xocalıda nəfəsi kəsilən 613-cü qurban. Görəsən Gülzarım neçənci qurban idi.

Yəqin o da indi mənim kimi heç nə hiss etmir. Mələk balam. Deyirlər uşaqlar öldükdən sonra mələyə çevrilirlər. İndi balam göylərdə qanad çalıb uçur. Biz azadıq. Biz Xocalıyıq…

Artıq heç nə hiss etmirəm. Mən azadam...Mən Xocalıyam... Mən 613-cü qurbanam…

Xocalı 1992-ci il 26 fevral...

Vüsalə Balayeva

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı