Bu il Azərbaycanda bahar bayramı sayılan Novruz qarla, çovğun-boranla qarşılanıb.
Ölkənin müxtəlif regionlarına bayram günlərində intensiv qar yağıb.
Baharı qarla qarşılayan şəhərlərimizdən biri də Şuşa olub.
Şuşa Şəhəri Dövlət Qoruğunun Mətbuat xidməti bayramın ilk günündə ağ örpəyə bürünmüş şəhərin görüntülərini yayıb.
EDNews sözügedən görüntüləri təqdim edir: