Göyçayda “VAZ-2106” oğurlayan şəxslər saxlanıldı - FOTOLAR - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Göyçayda “VAZ-2106” oğurlayan şəxslər saxlanıldı - FOTOLAR

Cəmiyyət A- A A+
Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin martın 25-i gecə saatlarında yaşadığı binanın qarşısından naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığını bildirib.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ednews-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi şəhər ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.
 
Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxslərin əvvəllər məhkum olunmuşlar- Mirqadir Həşimov və İlqar Mustafayev olduqları müəyyən olunub. Onlar tutularaq istintaqa təqdim ediliblər.
 
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırdıqdan sonra onun dövlət nömrə nişanını dəyişiblər və işləri ilə əlaqədar Ağdaş rayonuna gediblər. Daha sonra Göyçaya qayıdan dostlar nəqliyyat vasitəsinin akkumulyatorunu, maqnitofonunu, eləcə də digər avadanlıqlarını götürərək avtomobili tərk ediblər.
 
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...